Modern.az

Xəzəryanı ərzaq qovşağının yaradılması təklif olundu

Xəzəryanı ərzaq qovşağının yaradılması təklif olundu

Aktual

29 İyun 2022, 17:41

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edib.

 

Modern.az xəbər verir ki, Tokayev Aşqabadda keçirilən Xəzəryanı dövlətlərin liderlərinin zirvə toplantısında bununla bağlı təklif irəli sürüb:

 

“Qazaxıstan ət və süd məhsullarının ixracının artırılması üçün potensiala malikdir. Dövlətlərimizin ticarət əməkdaşlığının möhkəmlənməsi üçün müasir logistika infrastrukturunu ardıcıl inkişaf etdirmək lazımdır. Ona görə də biz minimum xərclərlə qarşılıqlı ticarət dövriyyəsini artırmağa imkan verəcək Xəzəryanı ərzaq qovşağının yaradılmasını təklif edirik”.


Tokayev onu da qeyd edib ki, Qazaxıstanda müasir paylaşdırma mərkəzlərinin tikintisi başlayıb. Bu mərkəzlərin Xəzəryanı ərzaq qovşağı ilə inteqrasiyası fermerlər, daşıyıcılar, satıcı və iştirakçılar üçün yeni imkanlar yaradacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı