Modern.az

Şarl Mişel Ərdoğanla Ukraynanı müzakirə edib

Şarl Mişel Ərdoğanla Ukraynanı müzakirə edib

Aktual

29 İyun 2022, 17:48

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə görüşüblər.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında bildirib:

 

“Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin və Baş katib Antonio Quterreşin Ukraynadan taxıl ixracına qarşı blokadanın aradan qaldırılması səylərinə göstərdiyi dəstəyi müzakirə etdim. Rusiyanın hərbi təcavüzü və suveren xalqa qarşı işğalı qəbuledilməzdir”.

 

Mişel deyib ki, o, Türkiyə Prezidenti ilə Şərqi Aralıq dənizindəki son hadisələrlə bağlı vəziyyəti müzakirə edib və bu gərginlikdən narahatlığını ifadə edib:

 

“Fikir ayrılıqları yalnız sülh yolu ilə və gərginliyi azaltmaqla həll edilə bilər. Kommunikasiya kanallarını açıq saxlamaq çox vacibdir”.

 

Qeyd edək ki, görüş Madriddə keçirilən NATO Sammiti çərçivəsində baş tutub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı