Modern.az

NATO-dan Gürcüstan və Moldovaya siyasi dəstək

NATO-dan Gürcüstan və Moldovaya siyasi dəstək

Aktual

29 İyun 2022, 17:50

NATO dövlət və hökumət rəhbərləri Gürcüstan və Moldovaya siyasi və praktiki dəstəyi gücləndirmək qərarına gəliblər.

Modern.az xəbər verir ki, bu barədə liderlərin Madriddəki NATO sammitinin yekunlarına dair bəyanatında deyilir.

 

“Avropada dəyişmiş təhlükəsizlik mühiti fonunda biz tərəfdaşlara, o cümlədən Bosniya və Herseqovina, Gürcüstan və Moldova respublikasına ünvanlı siyasi və praktiki dəstəyi gücləndirmək üçün yeni tədbirlər haqqında qərar qəbul etdik. Biz onlarla birlikdə çalışacağıq ki, bu respublikaların bütövlüyünü və möhkəmliyini gücləndirək, imkanlarını inkişaf etdirək və siyasi müstəqilliklərini qoruyaq.

 

Biz həmçinin, cənubdan olan tərəfdaşların potensialının artırılması üzrə dəstəyimizi genişləndirəcəyik”, - bəyanatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı