Modern.az

Avropa İttifaqına sədrlik Çexiyaya keçdi

Avropa İttifaqına sədrlik Çexiyaya keçdi

Aktual

30 İyun 2022, 08:04

Çexiya Avropa İttifaqına sədrliyi Fransadan təhvil alıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik İttifaqa sədrliyin prioritetlərini də açıqlayıb. Bura Ukrayna münaqişəsinin həllinə kömək, enerji təhlükəsizliyi və miqrasiya daxildir.

 

Baş nazir Petr Fiala bir müddət əvvəl bildirmişdi ki, yaxın vaxtlarda Ukrayna prezidenti ilə birgə zirvə görüşü təşkil etmək niyyətindədir. Görüşdə uzun müddətdir quruma üzv olmaq istəyən ölkələrin də məsələsi müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!