Modern.az

Putin Ukrayna müharibəsindən danışdı: “Məqsəd dəyişməyib”

Putin Ukrayna müharibəsindən danışdı: “Məqsəd dəyişməyib”

Aktual

30 İyun 2022, 10:06

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynada aparılan müharibənin məqsədləri dəyişməyib.
 

"Heç nə dəyişməyib, mən fevralın 24-də səhər tezdən bütün ölkəyə, bütün dünyaya açıq şəkildə dedim. Buna əlavə edəcəyim heç nə yoxdur. Heç nə dəyişməyib", - Putin jurnalistlərə deyib.
 

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidenti müharibədə yalnız taktikanın dəyişə biləcəyini istisna etməyib.


"Müdafiə Nazirliyinin təklif etdiyi taktika dəyişə bilər: qoşunları hara köçürmək, hansı obyektləri vurmaq lazımdır", - Putin bildirib.
 

Bundan əlavə, prezident Ukraynada xüsusi əməliyyat keçirən hərbçilərə güvəndiyini bildirib.
 

Putin jurnalistlərə açıqlamasında "Əlbəttə ki, mən Ali Baş Komandanam, amma hələ də Baş Qərargah Akademiyasını bitirməmişəm. Mən peşəkar insanlara güvənirəm. Onlar son məqsədə çatmaq üçün öz bildikləri kimi hərəkət edirlər" deyib.
 

Prezident xatırladıb ki, Ukraynada keçirilən xüsusi əməliyyatın son məqsədi Donbasın qorunması və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır.
 

“Əsas məqsəd Donbasın azad edilməsi və Rusiyanın özünün təhlükəsizliyini təmin edəcək şəraitin yaradılmasıdır”, - Putin vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı