Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulduğu ölkələr sırasında ilk yerlərdə dayanır.
Modern.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycandakı ölkə ofisinin rəhbəri Fərid Babayev deyib.
“Çox təəssüf ki, selektiv abortlar nəticəsində doğulan qız uşaqlarının sayında kəskin azalma müşahidə edilir. Lakin "Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi" layihəsi çərçivəsində bu sahədə bölgələrdə geniş maarifləndirmə işləri aparılıb. Sevindirici haldır ki, hər il müsbət transformasiya müşahidə edilməkdədir”, - deyə BMT rəsmisi bildirib.