Modern.az

Türkiyədə də meymunçiçəyi AŞKARLANDI

Türkiyədə də meymunçiçəyi AŞKARLANDI

Aktual

30 İyun 2022, 10:40

Türkiyədə meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "Tvitter" səhifəsində məlumat paylaşıb. 

 

F.Qocanın sözlərinə görə, yoluxan immunitet problemi olan 37 yaşlı şəxsdir. Həmçinin nazir qeyd edib ki, xəstəlik tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasda keçir.

 

Qeyd edək ki, meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.


Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir.


Meymunçiçəyi virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir.

 

İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 40-a yaxın ölkədə rast gəlinib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı