Modern.az

Keçmiş məhkum qadının çantasını OĞURLADI

Keçmiş məhkum qadının çantasını OĞURLADI

Aktual

30 İyun 2022, 10:48

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyunun 30-da Bakı şəhər sakini G.Musazadənin içərisində bank kartları, sənədlər və kosmetik əşyaları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Kərimov müəyyən edilərək saxlanılıb. 


Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...