Rusiya Ukrayna ilə müharibədə 35 min 600 hərbçi itirib. Rusiyanın 1573 tankı, 790 artilleriya sistemi, 217 təyyarəsi və 185 helikopteri məhv edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib.
İyunun 30-na olan statistikada Rusiyanın Ukraynadakı itkiləri aşağıdakı kimi komlektləşdirilib:
Şəxsi heyət - 35 600 (+150) nəfər;
tanklar - 1573 (+1) ədəd;
zirehli döyüş maşınları - 3726 (+6) ədəd;
artilleriya sistemləri - 790 (+9) ədəd;
reaktiv yaylım atəşi sistemi - 246 (+0) ədəd;
hava hücumundan müdafiə sistemləri - 104 (+1) ədəd;
təyyarə - 217 (+0) ədəd;
helikopterlər - 185 (+0) ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA - 641 (+1) ədəd;
qanadlı raketlər - 143 (+1) ədəd;
gəmilər/qayıqlar - 14 (+0) ədəd;
avtomobil və tankerlər - 2602 (+4) ədəd;
xüsusi avadanlıq - 61 (+0) ədəd.