Modern.az

Ukraynaya hərbi yardım - Əlavə 1 milyard ayrıldı

Ukraynaya hərbi yardım - Əlavə 1 milyard ayrıldı

Aktual

30 İyun 2022, 14:52

Böyük Britaniya Ukraynaya əlavə 1 milyard funt-sterlinq hərbi yardım ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib.

 

“Ukraynaya dəstək üçün ayrılan məbləğ Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, yeni innovativ elektron döyüş texnikası və ukraynalı əsgərlər üçün minlərlə həyati ləvazimata yönəldiləcək”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunub ki, Böyük Britaniyanın yeni öhdəliyi hazırda Madriddə keçirilən NATO sammitində Ukraynaya razılaşdırılmış dəstək paketinin bir hissəsidir. Böyük Britaniyanın Kiyevə 2022-ci ildə iqtisadi və hərbi yardımı 3,8 milyard funt sterlinq təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı