Modern.az

Nazir “Qarabağ”ın hazırlığını izlədi - FOTO

Nazir “Qarabağ”ın hazırlığını izlədi - FOTO

Aktual

30 İyun 2022, 16:48

Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

 

Modern.az "Qarabağ"ın rəsmi saytına istinadən bildirir ki, nazir "köhlən atlar"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

 

Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova zaman ayırıb işlərlə tanış olduğu üçün təşəkkür edib.

 

Qeyd edək ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı