Modern.az

Bayden: Türkiyəyə F-16 satmalıyıq

Bayden: Türkiyəyə F-16 satmalıyıq

Aktual

30 İyun 2022, 17:36

F-16 qırıcılarını Türkiyəyə satmalıyıq.

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden NATO sammitinin yekununa dair açıqlamasında deyib.

 

"Türkiyəyə F-16 satmaq və modernləşdirmək lazımdır. Bunun əksi bizim maraqlarımıza uyğun deyil. Bu məsələ ilə bağlı mənim mövqeyim dəyişməyib. Konqresin təsdiqi də lazımdır, fikrimcə, buna nail ola biləcəyik", - deyə Bayden bildirib.

 

Qeyd edək ki, Türkiyə ötən ilin oktyabrında ABŞ-dan 40 ədəd F-16 qırıcısı satın alınması üçün müraciət etmişdi. ABŞ Dövlət Departamenti satışın dövlətin maraqlarına uyğun olduğu barədə Konqresə yazılı müraciət göndərsə də, ABŞ Konqresi buna hələlik razılıq verməyib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!