Modern.az

Həyətində narkotik yetişdirən şəxs tutuldu

Həyətində narkotik yetişdirən şəxs tutuldu

Aktual

30 İyun 2022, 15:28

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qızılhacılı qəsəbə sakini Ülfət Qurbanovun özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəxüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan 23 ədəd ümumi çəkisi 5 kq 700 qram olan narkotik çətənə kolları aşkar edilərək götürülüb. 

 

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub.

 

Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı