Modern.az

Bayden 50 ölkənin Ukraynaya hərbi yardımından danışdı

Bayden 50 ölkənin Ukraynaya hərbi yardımından danışdı

Aktual

30 İyun 2022, 18:07

ABŞ prezidenti Co Bayden bildirib ki, 50 ölkənin Ukraynaya vəd etdiyi hərbi yardıma tank əleyhinə sistemlər, 600 tank, 500 artilleriya sistemi, 600 min mərmi daxildir.


"Dünyadakı müttəfiqlərimiz Ukraynaya kömək etmək üçün mühüm töhfə verirlər. Müdafiə naziri Ostinin təşəbbüsü ilə 50-dən çox ölkə yeni öhdəliklər götürüb və bu, Ukraynanı dəstəkləmək üçün qlobal səydir", - Bayden deyib.

Modern.az xəbər verir ki, ABŞ prezidenti bu fikirləri Madriddə NATO sammitinin yekunlarına dair jurnalistlərlə görüşdə səsləndirib.

Onun sözlərinə görə, söhbət təxminən 140 min tank əleyhinə sistem, 600-dən çox tank, 500-ə yaxın artilleriya sistemi, 600 mindən çox mərmi, həmçinin təkmil reaktiv yaylım atəşi sistemləri, gəmi sistemləri və hava hücumundan müdafiə sistemlərinin tədarükündən gedir.

 

Qeyd edək ki, iyunun 28-dən 30-dək Madriddə NATO Sammiti keçirilib. Sammitdə 40-a yaxın dövlət və hökumət başçısı iştirak edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı