Modern.az

BMT ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb

BMT ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb

Aktual

30 İyun 2022, 20:19

Tehranla bağlı məhdudiyyətlər məsələsi BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.

BMT Birləşmiş Ştatları Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mandatına uyğun olaraq İrana qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.


“Biz ABŞ-a JCPOA-da nəzərdə tutulduğu kimi sanksiyaları ləğv etmək və İranla neft ticarəti üçün istisnaları genişləndirmək çağırışımızı bir daha təkrar edirik”, - deyə DiKarlo bildirib.
 

Onun sözlərinə görə, BMT həmçinin İranı ölkənin JCPOA çərçivəsində götürdüyü öhdəliklərə zidd addımlardan dönməyə çağırıb.


2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.


JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün Vyanada danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price Vyanada irəliləyişi zəif  qiymətləndirərək, Tehranı məsələyə ciddi yanaşmağa çağırıb. Martın sonunda tərəflərin paytaxtlarına qayıtması ilə danışıqlar dayandırılıb. İran Xarici İşlər Nazirliyi buna görə ABŞ administrasiyasını günahlandırır.


Həftənin əvvəlində İran rəsmiləri danışıqların indi Fars körfəzi ölkələrindən birində keçiriləcəyini elan edərək, dərhal birinci sınaq raundunu çağırıb. Bununla belə, İranın Tasnim agentliyi iki günlük danışıqlardan sonra, Amerika nümayəndə heyətinin sazişin yekun variantında İranın iqtisadi faydalarına hörmətlə bağlı tələblərini nəzərə almaq istəmədiyi üçün danışıqların nəticəsiz başa çatdığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı