Modern.az

Rusiyaya qarşı növbəti sanksiya - Siyahıda Kabayeva da var

Rusiyaya qarşı növbəti sanksiya - Siyahıda Kabayeva da var

Aktual

1 İyul 2022, 09:24

Daha 16 Rusiya vətəndaşı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Avstraliyanın sanksiyalar siyahısına daxil edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Avstraliya Federal Reyestrinin məlumatlarında yer alıb.

 

Sənədə əsasən, olimpiya çempionu, Milli Media Qrupunun direktorlar şurasının sədri Alina Kabayeva, uşaq ombudsmanı Mariya Lvova-Belova, Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev, tikinti naziri İrek Fayzullin və nəqliyyat naziri Vitali Savelyev barəsində məhdudiyyətlər qoyulub.

 

Bundan əlavə, "Peçenqa" Beynəlxalq Dəniz Limanı" ASC-nin direktorlar şurasının rəhbəri İqor Putin, "Sogaz" sığorta şirkəti idarə heyətinin sədr müavini Mixail Putin və "MRT Şirkətlər Qrupu" MMC-nin direktorlar şurasının sədri Roman Putin sanksiyalara məruz qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...