Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində paytaxt sakini K.Abdullayevanın çantasından içərisində 235 manatı, balansında 257 manatı olan bank kartı və digər kartlar olan cüzdanı oğurlanıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd olunub ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.