"Uşaqlar arasında yayılan virus mövsümüdür".
Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
T.Musayev valideynlərə müraciət edərək deyib ki, uşaqları vaxtlı-vaxtında həkim müayinəsindən keçirsinlər:
"Təbii ki, müxtəlif xəstəliklər də ola bilər. Lakin bu günə kimi müşahidə etdiyimiz klassik mövsümü artmalardır. Yəni burada hər hansı spesifik yoluxucu xəstəliyin mövcudluğundan danışmaq lazım deyil".