Modern.az

Lukaşenko MDB ölkələrini Belarus-Rusiya İttifaqına qoşulmağa çağırıb

Lukaşenko MDB ölkələrini Belarus-Rusiya İttifaqına qoşulmağa çağırıb

Aktual

1 İyul 2022, 14:47

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, postsovet ölkələri suverenliyini qorumaq istəyirlərsə, Belarus-Rusiya İttifaqına yaxınlaşmalıdırlar.
 

Modern.az xəbər verir ki, Lukaşenko bunu Belarus və Rusiya Regionlar Forumunun plenar iclasında nümayiş etdirilən videomüraciətində bildirib.

“Bu gün postsovet məkanı ölkələri, əlbəttə ki, öz suverenliklərini və müstəqilliklərini qorumaq istəyirlərsə, İttifaq dövləti ilə yaxınlaşmada səmimi şəkildə maraqlı olmalıdırlar. Biz əminik ki, yalnız birlikdə qlobal çağırışlara qarşı durmaq olar”.
 

“İndiki mərhələdə bizim birliyimiz (Belarus və Rusiya) inteqrasiya proseslərinin ümumi axınında lokomotiv rolunu oynayır. Bu, mədəni və iqtisadi dövlətlərarası əməkdaşlığın nümunəsidir, modelidir”, - Lukaşenko qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı