Norveç Ukraynaya 1 milyard avro yardım edəcək.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stere ilə birgə mətbuat konfransında deyib.
"Norveçin Ukraynaya 1 milyard avro dəyərində yeni dəstək paketinə görə minnətdarıq. Belə çətin zamanda bunu çox yüksək qiymətləndiririk", - Zelenski bildirib.
Baş nazir Stere isə əlavə edib ki, Norveç 2022-ci ilin sonuna və 2023-cü ilə qədər Ukraynaya dəstək üçün 1 milyard avro ayırmağı öhdəsinə götürüb.