Pentaqon Ukraynaya daha bir hərbi yardım paketinin ayrıldığını təsdiqləyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 820 milyon dollarlıq əlavə hərbi yardım paketindən gedir.
Bura HIMARS MLRS üçün döyüş sursatı, 155 mm-lik artilleriya üçün 150 min mərmi, dörd əksbatareya radarı və iki NASAMS hava hücumundan müdafiə sisteminin tədarükü daxildir.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden yardım paketinin Ukraynaya tezliklə göndəriləcəyini açıqlayıb.