Modern.az

Avropada yoluxma yenidən ARTIR

Avropada yoluxma yenidən ARTIR

Aktual

1 İyul 2022, 23:48

Bəzi Avropa ölkələrində koronavirusa yoluxma hallarının artması, eləcə də COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayının artması narahatlıq doğurur.

 

Modern.az xəbər verir ki, İtaliyada son sutka ərzində 86,3 mindən artıq yoluxma halı qeydə alınıb, 72 nəfər isə koronavirusdan ölüb. İtaliya Səhiyyə Nazirliyi hazırda koronavirus xəstələrinin sayının təxminən 1 milyon nəfər olduğunu açıqlayıb.

 

Böyük Britaniyada son bir həftədə yoluxma hallarının sayı təxminən 3 dəfə artıb. Britaniya KİV-ləri iyunun sonunda ölkədə koronavirus xəstələrinin sayının 2,3 milyona yaxın olduğunu yazıb. Britaniyalı ekspertlər hesab edir ki, bu il ölkə yeni dalğa ilə üzləşə bilər.

 

Fransanın tibbi xidmətlərinin məlumatlarına əsasən, ötən gün ölkədə 133 mindən çox yoluxma halı qeydə alınıb. Bu da əvvəlki həftə ilə müqayisədə 67 faiz çoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı