Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinin sakinləri ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə qarşı çıxaraq etiraz aksiyası keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə “Arbat Media” məlumat yayıb.
Bildirilib ki, aksiyaya səbəb ölkənin əsas qanununun 70-75-ci maddələrinə edilən dəyişikliklərə əsasən muxtar respublikanın təsbit edilmiş suverenliyini və Özbəkistandan ayrılmaq hüququnu itirəcəyi məsələsi olub.
Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz aksiyanın qarşısını alıblar. Şəhərdə ictimai asayiş bərpa olunub.
Qeyd edək ki, Qaraqalpaqıstanın suverenlik bəyannaməsi 1990-cı ildə qəbul edilib. 1993-cü ilin əvvəlində dövlətlərarası müqavilə imzalanıb və buna əsasən Qaraqalpaqıstan Respublikası Özbəkistanın tərkibinə daxil olub.