Modern.az

Raquf Orucovun oğlu məzun oldu - FOTOLAR

Raquf Orucovun oğlu məzun oldu - FOTOLAR

Aktual

2 İyul 2022, 00:30

“Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ADA Universitetindən məzun olub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhidin həyat yoldaşı Sevinc Orucova feysbuk səhifəsində paylaşım edib.

 

A.Oruclu magistr təhsilini də ADA Universitetində Dövlət idarəetməsi ixtisası üzrə alacaq.

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsi iştirakçısı Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...