Modern.az

“Barselona”nın stadionunun adı dəyişdirildi

“Barselona”nın stadionunun adı dəyişdirildi

Aktual

2 İyul 2022, 07:40

“Barselona” futbol klubunun ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adı dəyişdirilib.

 

Modern.az xəbər verir ki, stadion bundan sonra “Spotify Kamp Nou” adlanacaq.

 

Ad dəyişikliyi “Barselona” və “Spotify” arasında razılaşmanın bir hissəsidir. Sponsorun köməyi ilə kataloniyalılar əlavə vəsait əldə edəcəklər.

 

Qeyd edək ki, İspaniya mətbuatı klubun bu sponsorluqdan 300 milyon avro qazanacağını yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...