Modern.az

Oğurluq edən keçmiş məhkum ələ keçdi

Oğurluq edən keçmiş məhkum ələ keçdi

Aktual

2 İyul 2022, 11:02

Sumqayıt şəhərində avtomobildən 1800 manat oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər ərazisində “Mercedes” markalı bir avtomobildən 1800 manat pul və bank kartının oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş O.Xələfov müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı