Ötən gecə İranın cənubunda yerləşən Hörmüzqan vilayətində baş vermiş zəlzələ nəticəsində Bəndər Lenge rayonunun Sayexoş kəndi tamamilə dağılıb.
Modern.az-ın məlumatına görə, bunu İranın Hörmüzqan vilayətinin valisi Mehdi Dusti deyib.
Onun sözlərinə görə, hazırda əhalinin çadırlarda yerləşdirilməsi üzrə işlər aparılır. Dusti əlavə edib ki, bir neçə ay ərzində kəndin bərpası üçün ciddi addımlar atılmalıdır.
Hörmüzqan valisi qeyd edib ki, zəlzələ nəticəsində 49 nəfər yaralanıb. Onların yarısı müalicə olunaraq evə buraxılıb. Hazırda vilayətdə 8 təcili yardım maşını, 2 helikopter insanlara yardım edir.
Qeyd edək ki, ötən gecə yerli vaxtla saay 02:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib, 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər ölüb.