Modern.az

Gəncə Dövlət Universitetində Attestasiya imtahanı keçirildi

Gəncə Dövlət Universitetində Attestasiya imtahanı keçirildi

Aktual

2 İyul 2022, 12:48

Gəncə Dövlət Universitetində 2021/2022-ci tədris ili üçün Yekun Dövlət Attestasiyasında Dövlət imtahanları 30 iyun 2022-ci il tarixdə test üsulu ilə kompüterdə təşkil olunub.

 

Modern.az xəbər verir ki, dövlət imtahanları Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş ixtisaslar üzrə sədrlərin və attestasiya komissiyası üzvlərinin iştirakı ilə keçirilib.

 

Dövlət imtahanı zamanı 50 test sualı tələbələrə təqdim edilib. İmtahanda tələbələrin biliyi 1 sual 1 balla qiymətləndirilib. Tələbə testi bitirən anda imtahan nəticəsini ekranda əks olunduğuna  görə öz qiymətini öyrənə bilib. İmtahandan 17 bal toplayan tələbənin nəticə müvəffəq hesab edilib.

 

Dövlət imtahanına müxtəlif səbəblərdən gəlməyən tələbələrin hüquqları saxlanılıb. Həmin tələbələr 2022-ci ilin sonunadək təşkil olunacaq dövlət imtahanında və ya növbəti tədris ilində attestasiyada iştirak edə bilərlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı