Azərbaycan polisinin yaradılmasından 104 il ötür. Cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyan, vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən polislərin bayramıdır.
Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetində də bir qrup polis işçisi bu ali təhsil ocağının müxtəlif təhlükələrdən qorunmasında ayıq-sayıq xidmət göstərir.
Onlar universitetdə sabitliyin təmin olunmasında demək olar ki, üzərlərinə düşən işin öhdəsindənöz ilayiqincə gəlirlər. Elə buna görə də peşə bayramları ərəfəsində universitetin rektoru, professor Yusif Yusibov həmin polis işçilərini qəbul edərək onlara məsuliyyətli, həm də şərəfli işlərində uğurlar arzulamış və 5 nəfər polis işçisinə fəxri fərman və pul mükafatı təqim edib.