Oğuzda yolu keçən yaşlı kişini maşın vuraraq öldürüb.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Xalxal kəndində baş verub.
Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Lətifov Əlavər Abuzər oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.