Modern.az

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək

“Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək

Aktual

2 İyul 2022, 15:10

İyulun 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, “Şuşa İli” çərçivəsində təşkil ediləcək. İyulun 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.

 

İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 kilometr məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!