Modern.az

Tarixi bina əvvəlki görkəminə qaytarılıb - AÇIQLAMA

Tarixi bina əvvəlki görkəminə qaytarılıb - AÇIQLAMA

Aktual

2 İyul 2022, 15:56

Bakı şəhəri, İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.

 

Bu barədə Modern.az-a açıqlamasında Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

 

"Tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edildikdən sonra taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb. Qanunsuz müdaxilə ötən gün baş verib", - qurum rəsmisi deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı