Modern.az

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

Aktual

2 İyul 2022, 16:08

Bu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 % artaraq 2 milyard 156,5 milyon manat olub.

 

Bu barədə Modern.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 762,9 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8 %-ini təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı