Modern.az

Bakıda tıxaca görə 21 avtobus gecikir

Bakıda tıxaca görə 21 avtobus gecikir

Aktual

2 İyul 2022, 18:06

Hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.

 

Vahid Dispetçer Mərkəzinin Modern.az-a verilən məlumata əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur.

 

Qara-Qarayev prospekti "Xalqlar dostluğu" metrostansiyasından "Neftçilər" metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

 

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-19 dəqiqə gecikmə var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı