Modern.az

Moldovaya 40 milyon avroluq hərbi yardım ayrıldı

Moldovaya 40 milyon avroluq hərbi yardım ayrıldı

Aktual

2 İyul 2022, 22:22

Avropa İttifaqı Moldovaya hərbi yardım proqramına start verildiyini elan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məqsədlə Avropa Sülh Fondundan Moldovaya 40 milyon avro yardım ayrılacaq.

 

Bildirilib ki, proqramın məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun dayanıqlığının gücləndirilməsi məqsədilə Moldova Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

 

Məlumata görə, yardım proqramı Moldova ordusu üçün öldürücü olmayan avadanlıqların, o cümlədən kəşfiyyat pilotsuz təyyarələri və taktiki rabitə vasitələrinin əldə edilməsinə yönəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı