Modern.az

Qazaxıstan klubu millimizin qapıçısı ilə yollarını ayırdı

Qazaxıstan klubu millimizin qapıçısı ilə yollarını ayırdı

Aktual

4 İyul 2022, 15:52

Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.

 

Modern.az xəbər verir ki ,28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

 

“Turan” rəhbərliyi E.Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, qapıçı martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı