Modern.az

Ayağını çölə çıxarıb maşın sürən gənc həbs edildi - VİDEO

Ayağını çölə çıxarıb maşın sürən gənc həbs edildi - VİDEO

Aktual

6 İyul 2022, 17:57

Bakı şəhərində sürücü ayağını pəncərədən çölə çıxararaq avtomobil idarə edib. 

 

Modern.az xəbər verir ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəlllüdlü Murad Əşrəfov ayağını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik edərək, ətrafdakı sürücülər üçün təhlükəli vəziyyət yaratmaqla avtomobil idarə edib.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, həmin şəxs barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim edilb.

 

İctimai qaydanı pozan şəxs artıq saxlanılıb. Onun barəsində Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, 10 sutka inzibati həbs cəzası verilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı