Türkiyənin Muğla şəhərinin Bodrum bölgəsində meşə sahəsində başlayan yanğın söndürülüb.
Modern.az xəbər verir ki, yanğının söndürülməsinə çoxlu sayda helikopter və təyyarə cəlb edilib.
Bildirilib ki, yanğın qısa zamanda söndürülsə də, 2 hektar əraziyə ziyan dəyib
***
19:05
Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə yanğın baş verib.
Modern.az xəbər verir ki, bölgəyə yeddi təyyarə, altı helikopter və 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.
Söndürmə işləri qurudan və havadan davam etdirilir.