2 piyada ölümü qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisələrdən biri iyulun 20-də saat 23 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Tovuz rayon sakini T.Cəfərov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Südabə Rəhimovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Digər hadisə iyulun 21-də saat 8 radələrində Saatlı rayonunun Şirinbəyli kəndi ərazisində rayon sakini R.Əmirov idarə etdiyi “Ford” markalı avtomobillə kənd sakini Sərraf Əmirzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.
Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.