Modern.az

İntihar halları azalıb - Prokurorluq

İntihar halları azalıb - Prokurorluq

Aktual

22 İyul 2022, 11:44

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında bildirilib.

 

Qeyd edilib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir.


Belə ki, 2022-ci ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 9,4%, intihara cəhd hadisələrin sayı isə 27,3 % azalıb.

 

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı