Modern.az

Qarabağın rəqibi məlum oldu

“Qarabağ”ın rəqibi məlum oldu

Aktual

28 İyul 2022, 00:30

“Qarabağ” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Ferensvaroş” komandası ilə üz-üzə gələcək.

 

Təmsilçimizin rəqibi Slovakiyada bəlli olub. Belə ki, Macarıstanda “Ferensvaroş”a 2:1 hesabı ilə qalib gələn “Slovan” ev sınağına çıxıb. Bu görüşdə 4:1 hesabı ilə qalib gələn qonaqlar III təsnifat mərhələsinə yüksəlib.

 

Mərhələnin görüşləri avqustun 2-3-ü və 9-da baş tutacaq. Ağdamlılar ilk oyunu səfərdə keçirəcək.

 

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İsveçrə təmsilçisi “Sürix”i mübarizədən kənarlaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı