Modern.az

AFFA 6 klubun müraciətini rədd etdi

AFFA 6 klubun müraciətini rədd etdi

Aktual

28 İyul 2022, 09:44

Region Liqası komandalarının Birinci Divizionda çıxışı təmin olunmayacaq.

 

Modern.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, quruma müraciət edən 6 klub meyarlara cavab verməyib.

 

“Füzuli”, “Ağsu Siti”, “Göyəzən”, “İrəvan”, “Qobustan” və “Bakılı” iyulun 25-dək AFFA-ya müraciətlər ünvanlansa da, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və PFL tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

 

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət edən klubların 2022/23 mövsümündə Birinci Divizionda çıxışı təmin olunmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı