Son 2 gündə 3 piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a evrilən məlumata görə, iyulun 26-da saat 21 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Şirvan şəhər sakini K.Allahverdili idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakinləri Zemfira Hacıyevanı və A.Dadaşovanı vurub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, Z.Hacıyeva iyulun 27-də orada ölüb.
Analoji hal iyulun 27-də saat 12 radələrində Nizami rayonunun Q.Qarayev prospektində qeydə alınıb. Bakı şəhər sakini E.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əminə Mirzəyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.