Modern.az

Ər qəza törətdi, arvadı öldü

Ər qəza törətdi, arvadı öldü

Aktual

28 İyul 2022, 10:42

İyulun 27-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini F.Tağıyevin və Qovlar şəhər sakini Rəmzi Əliyevin idarə etdikləri “VAZ-2106” markalı iki avtomobil toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə F.Tağıyevin sərnişinlərindən həyat yoldaşı Rəna hadisə yerində ölüb.

 

Özü və 2 sərnişini, eləcə də digər sürücü xəstəxanaya yerləşdiriliblər. 

 

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı