Modern.az

Nömrəsiz maşın sürənlərə qarşı REYD

Nömrəsiz maşın sürənlərə qarşı REYD

Aktual

28 İyul 2022, 12:17

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilmələri məqsədilə profilaktik tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb.

 

Onların sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.

 

Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı