Modern.az

Baş direktor sualları cavablandıracaq

Baş direktor sualları cavablandıracaq

Aktual

28 İyul 2022, 17:33

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 iyul saat 11:00-da başlayacaq.

 

Bu barədə qurumdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticəsi haqqında mühüm məqamlar açıqlanacaq.

 

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!