Modern.az

"Qarabağ"ın oynuna bütün biletlər satıldı

Aktual

3 Avqust 2022, 17:16

Bakıda "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün biletlər tükənib.

 

Modern.az “Iticket.az”ın rəsmi saytına istinadən xəbər verir ki, satışa çıxarılmış bütün biletlər alınıb.

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!