Modern.az

Sutkalıq yoluxma 500-ü keçdi - Ölən yoxdur

Sutkalıq yoluxma 500-ü keçdi - Ölən yoxdur

Aktual

3 Avqust 2022, 17:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 512 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 799 983 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 787 479 nəfər müalicə olunaraq sağalıb, 9 752 nəfər vəfat edib, aktiv xəstə sayı 2 752 nəfərdir.

 

Son sutka ərzində 3 760, hazırkı dövrədək isə 7 055 265 test aparılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı