Modern.az

Ekologiya postunun yaxınlığındakı yaşıllıq məhv olunub?

Ekologiya postunun yaxınlığındakı yaşıllıq məhv olunub?

Aktual

3 Avqust 2022, 18:04

Abşeron rayonu, ekologiya postunun yaxınlığındakı yaşıllıq ərazidə ağacların məhv edilməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, ərazidə baş vermiş yanğınlar nəticəsində ağacların bir qismi məhv olub, bir qismi isə zədələnib və yaşıllığa dəymiş ziyan hesablanaraq FHN-in Əməliyyat İstintaq İdarəsinə göndərilib. Yanğınlar zamanı məhv olmuş ağacların əvəzində payız mövsümündə yeni ağaclar əkiləcək.

 

B.Məhəmmədov sözügedən ərazidə “Körpü-Bina-Tikinti” MMC tərəfindən tikinti işlərinin aparıldığını, lakin ağac kəsintisi faktının olmadığını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...