Modern.az

ATƏT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

ATƏT-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Aktual

3 Avqust 2022, 18:45

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

 

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Polşa sədrliyi tviter hesabında açıqlama yayıb.

 

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması, dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, - paylaşımda deyilir.

 

Bu gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. Erməni mediasında yayılan məlumatlara görə, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı isə yaralanıb.  Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...